Atama məktub!
Bu otaqlar,sənin izlərin olan bu divarlar,nəfəsini hiss etdiyim evin hər küncü mənə eyni anda artıq yoxluğunu xatırladır.
Yenidən və yenidən Sən,heç bitməyəcək bu Sən-lərim Ata...Bu gün sənə necə ehtiyac duyduğumu hiss etdim,və yoxluğunu,daha heç vaxt olmayacağını dərk etdim...Düşündüm bu gün var olsaydın necə olardı həyatım.Və o an içimdə sənə möhtaclığımı hiss etdim.Mənə elə lazımsanki.
Birdən sənə yenidən sarılmaq,səni qucaqlamaq istədim.Səninlə keçirdiyim bütün bütün günləri geriyə istədim.Ata..Nədən başlayım,nədən bitirim bilmirəm.Səni yox kimi necə qəbul edim bilmirəm.Necə anladım bilmirəm,içimdəki bu boşlugu,agrını necə anladım.Sən yoxsan...Və bu gerçəkdən başqa hər bir şey yalandı.Artıq səninlə addımlamağa başladığım bu həyat yolunu sənsiz addımlamaqdayam.Yoxsan,artıq düşüncələrimi,hərəkətlərimi,etdiyim səhvlərimi sənə deyil kənarındakı otları təmizləyərkən məzarına danışıram...Ağlayıram,mən yenidən ağlayıram,Ata...
Bu dünyada tək güvəndiyim sənin varlığındı,tək sığınacağım sənin yanın idi.O yer ki,orada hər bir çətinlikdən uzaq idim,çünki sən vardın...Nə etsəm məni qoruyacağına əmin idim.Səhv səhv dalıyca edirdim,qorxmurdum...heç bir şeydən qorxmurdum.Amma bu gün çəkinirəm.bu gün artıq səhvə yol verə bilmirəm,verməyədə haqqım yox artıq.çünki,sən yoxsan.Sənsiz addımladığım bu yolda artıq məni qoruyacaq sən yoxsan.Hər səhvimdə məni danlamadan hər şeyi anladacaq sən yoxsan artıq...
Niyə belə tez əlini üzdünki bu həyatdan?Niyə belə anidən çıxıb getdinki?İndi hər bir şeyi geridə buraxıb heç yox imişsən kimi davam etməliyəm.Sənsiz yaşaya bilmərəm deyirdim amma bu gün yaşayıram.Bu gün necə bacardığımı bilmirəm,Ata...Geridə üzərimə buraxdığın məsuliyyətləri dərk etməyə başlayıram.Sənin sevimli qızın sənə övladlıq edə bilmədi.,edə bildiyi tək şey səni qəbiristanlığa qədər yolçu etmək oldu.Niyə Ata?Necə bununla kifayətlənə bilərdim ki,Ata?Yoxsa ki ailəni mənə buraxıb getməkdə səbəbin mənim belə tez hər şeyi anlamadığım idi?Yoxsan...Və əmin ol ki,səndən sonra tez böyüdü qızın,Ata...
Son gün,səni gördüyüm o son günü ağlımdan çıxara bilmirəm.Hər atdığım addımda o günü düşünürəm.Lal baxışlarınla getmə deyirdin sanki.Kaş ki.bir dəfə getmə desəydin.Mən həmişəlik yanında qalardım,amma sən getməyəydin.Məmə necə bir anı yaşatdığını özün də bəlkədə bilmədin.Kimə anladım ki,o anı?Kim anlardıki,mənim bu göz yaşlarımı?Ağlamamağı öyrətmişdin mənə,hər nə olursa olsun dik durmağı öyrətmişdin mənə,aciz olmamağı ...Sən son evinə gedərkən necə dik durum Ata?
Sənə deyəcəklərim o qədər ki,Sənin kimi bir başqası anlamazki,məni.Həm mən axı güclü olmalıyam.Arxamdakı dağ artıq yoxdu.Mənə baxan o gğzlərin son dəfə ağladığı kimi qalıb xatirimdə.Hər gün daha da çox uzaqlaşırsan məndən.Hər keçən gün itir yaddaşımdan sənə aid anlar...İstəmirəm.Dayandır zamanı...Sənsizliyin acısının keçməsini istəmirəm.Qoy hər an ağlasın gözlərim sənin kimi bir atanı itirdim deyə.Balaca qızın yox olub gedir hər gün.Artıq o çox dəyişibdi,Ata...Tənha qoyduğun anamı yalnız buraxmadan getməməliyəm.Sənsizliyə alışmağım lazım.Səni sevməyi sənsiz davam etməyim lazım.Anama aid olmağım lazım.
Qəbrin nurla dolsun,Ata!!!