"Qundaq ilə kəfən arasında neçə adım var?" (Gürbüz Azak)
Sevəm xanım, yaşadığı Anadolu qəsəbəsində qaynaq atelyesi olan 35 yaşındakı Harun Keleş ilə həyatını birləşdirdi. İki il sonra dünyalar gözəli ilk qızları Canan, ardından da Əbru dünyaya gəldi.
Çox Xoşbəxt idilər.. Ta ki, Sevəm xanımın başında ağrılar başlayıb, beynində şiş olduğu aydın olana qədər… Müayinələr, tədqiqlər, təhlillər deyərkən, Sevəm xanımın müalicə üçün İstanbula getməsinə qərar verildi. Və Sevəm xanım Cerrahpaşa Tibb Fakültəsində beyin əməliyyatı oldu.
Sevəm xanım bu ağır xəstəlikdən xilas olduğuna inanmışdı ki yenidən xəstələndi. Qadını yaxşıca müayinə edən həkimlər bu dəfə, yaşaması üçün ilik nəqlindən başqa çarə olmadığını söylədilər.
Qızlarından ilik nəqli edilməsi düşünüldü. Ancaq tədqiqlər nəticəsində toxuların uyğunlaşmadığı görüldü. Bunun üzərinə doktor/həkimlər, "İstəsən yenidən hamilə qal. Doğulacaq uşağın iliyi uyğun ola bilər" dedilər.
Bu vaxt bütün bu müalicələr əsnasında Keleş Ailəsi də varını sıxı satmaq məcburiyyətində qaldı.
Gənc qadın bir müddət sonra təkrar hamilə qaldı və bu dəfə oğulu Xalidi dünyaya gətirdi. Kiçik Xalid bir neçə aylıq olub ilik nəqli ediləcək vəziyyətə gəlincə bu dəfə Sevəm Xanım kiçik körpəsindən nəql etdirmək istəmədiyini ifadə etdi.
Xalid tək oğulu olduğu üçün, "Oğuluma dokundurtmam. Mən ölüm amma ona bir şey olmasın." deyərək qərarında müqavimət göstərən qadının xəstəliyi gedərək irəliləyirdi.
Sevəm Xanım, həyata ümidiylə yenə doktor/həkimlərə getdi və
"Oğuluma qıya bilmədim. Bir daha hamilə qalsam, ömürüm yetərmi? deyə soruşdu. Müsbət cavab alınca yenidən hamilə qaldı. Lakin qədərdən qaçılmırdı. Sevəm Xanım, yeni körpəsinin doğumuna beş ay qala 1.5 yaşındakı Xalidiylə çörək almağa gedərkən səlahiyyətsiz bir sürücünün istifadə etdiyi kamyonetin çarpmasına məruz qaldı. Qadıncığaz ilik nəqli üçün qıya bilmədiyi biricik oğulu Xalidi can havliyle kənara atmağı bacardı lakin özü bu trafik canavarından məsuliyyətsizcə istifadə etdiyi kamyonetle doqquz metr süründürülərək qarınındakı həyat ümidi olan körpəsi ilə birlikdə faciəvi şəkildə öldü.