Bir gün qadın taksiyə oturdu əlində böyük bir buket.Paltarının ətəyini həyacanla toplamağa çalışırdı,əsəbi idi. -Zəhmət olmasa bir az tez,gecikirəm! -Yəqinki,qonaqlığa gedirsiniz? -Bəli qızımın ad günüdür.Bu gün 25 yaşı tamam olur.Saat üç tammamda məni gözləyir. Saat 14:40 idi. -Onda tez gedək gecikməməkçün adresi deyin.. -Burdan uzaqda deyil şimal qəbristanlığına sürün ,zəhmət olmasa dedi və sürücüyə kədər və göz yaşları ilə dolu baxışlarıyla baxdı Sürücü qadına baxdı, heç nə demədi.Qadınsa ağlayaraq sözünə davam edirdi: -Başa düşürsünüz mənim balam məni 1 ay əvvəl tək buraxdı,dünən isə mənə zəng edib dedi ki.ana çox darıxırsansa sabah 03:00 da yanıma gəl..oturub söhbət edərik....qadın bu sözləri deyərkən gözlərində bir titrək gülüş yarandı -O məni gözləyir! Hava çox isti idi,hər yerdə tıxac vardı. -Qorxuramki çatmayaq deyə sürücü dilləndi. -Heç nə olmaz daha yaxınlaşmışıq mən tıxacda ləngiməyim tez getsəm çataram. Maşından düşüb cəlld addımlarla qəbristanlıq tərəfə getməyə başladı və döngədə gözdən itdi. Tıxac bərpa olundu və maşınlar hərəkət etməyə başladı.Həmin döngə tərəfə gedərkən sürücü tanış gül buketini yola səpələnmiş vəziyyətdə gördü.Dəhşətli qəza baş vermişdi .Həmin qəzada qadın ölmüşdü.Külək onun saçlarını və əlindəki gülləri xəfifcə tərpədirdi. Sürücü saata baxdı. Saat 03:00 idi. Vaxtında çatmışdı.....

Теги других блогов: qadın taksi kədər qəbristanlıq qəza